Wednesday, October 8, 2025

"Google"dan qeyri-adi klaviatura -

"Google Yaponiya" düymələr əvəzinə fırlanan siferblatlardan istifadə edilən yeni "Gboard Dial Version" adlı klaviatura konseptini təqdim edib. Metbuat.az xəbər verir ki, köhnə tipli telefonları xatırladan bu cihaz satışa çıxarılmayacaq. Buna baxmayaraq, cihazın bütün texniki detalları açıq mənbə kimi paylaşılıb. Bu qeyri-adi klaviaturada ənənəvi düymələrin yerini fərqli ölçülərdə olan doqquz ədəd fırlanan siferblat alıb. İstifadəçilər yazmaq istədikləri simvolu seçmək üçün müvafiq siferblatı fırlatmalıdırlar. Kadranın fırlanma hərəkəti, klassik telefonlardakı elektrik impulsları əvəzinə, müasir sensorlar vasitəsilə USB siqnallarına çevrilərək kompüterə ötürülür. "Google Yaponiya" həmçinin bu klaviaturaya əlavə olaraq, görüntü zəngləri zamanı siçan (mouse) üzərinə qoyulduqda veb kameranı bağlayan bir stend də hazırlayıb. Qeyd edək ki, "Gboard Dial Version" kommersiya məqsədilə satışa çıxarılmayacaq. Lakin şirkət dizayn fayllarını (3D printer modelləri, PCB dizaynları və s.) "GitHub" üzərindən açıq mənbə olaraq paylaşaraq, istəyən hər kəsin öz siferblatlı klaviaturasını hazırlamağına imkan yaradıb.

"Google"dan qeyri-adi klaviatura -

"Google Yaponiya" düymələr əvəzinə fırlanan siferblatlardan istifadə edilən yeni "Gboard Dial Version" adlı klaviatura konseptini təqdim edib.

Metbuat.az xəbər verir ki, köhnə tipli telefonları xatırladan bu cihaz satışa çıxarılmayacaq. Buna baxmayaraq, cihazın bütün texniki detalları açıq mənbə kimi paylaşılıb.

Bu qeyri-adi klaviaturada ənənəvi düymələrin yerini fərqli ölçülərdə olan doqquz ədəd fırlanan siferblat alıb. İstifadəçilər yazmaq istədikləri simvolu seçmək üçün müvafiq siferblatı fırlatmalıdırlar. Kadranın fırlanma hərəkəti, klassik telefonlardakı elektrik impulsları əvəzinə, müasir sensorlar vasitəsilə USB siqnallarına çevrilərək kompüterə ötürülür.

"Google Yaponiya" həmçinin bu klaviaturaya əlavə olaraq, görüntü zəngləri zamanı siçan (mouse) üzərinə qoyulduqda veb kameranı bağlayan bir stend də hazırlayıb.

Qeyd edək ki, "Gboard Dial Version" kommersiya məqsədilə satışa çıxarılmayacaq. Lakin şirkət dizayn fayllarını (3D printer modelləri, PCB dizaynları və s.) "GitHub" üzərindən açıq mənbə olaraq paylaşaraq, istəyən hər kəsin öz siferblatlı klaviaturasını hazırlamağına imkan yaradıb.

Read original article →