Wednesday, October 8, 2025

Kənan Yıldız ən bahalı türk futbolçu oldu -

İtaliya nəhəngi "Yuventus"da çıxış edən Kənan Yıldızın bazar dəyəri qısa müddətdə 50 milyon avrodan 75 milyon avroya yüksəlib. Metbuat.az xəbər verir ki, Kənan Yıldız bazar dəyəri ilə Türkiyə futbolu tarixinin ən dəyərli oyunçusu olub. Kənan Yıldızı keçən həftə bazar dəyərini 15 milyon avro artıraraq 60 milyon avroya çıxaran "Real Madrid"in ulduzu Arda Gülər izləyir. "Yuventus" ilə 2023-cü ildə müqavilə imzalayan və o dövrdə 1 milyon avro dəyərində olan milli futbolçu, keçən iki ildə dəyərini 75 milyon avroya qədər artırmağı bacarıb. "Çelsi" və "Arsenal"ın yaxından təqib etdiyi Kənan Yıldız bu mövsüm "Yuventus"da 8 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Türkiyə futbol tarixinin ən dəyərli oyunçuları (Transfermarkt)

Kənan Yıldız ən bahalı türk futbolçu oldu -

İtaliya nəhəngi "Yuventus"da çıxış edən Kənan Yıldızın bazar dəyəri qısa müddətdə 50 milyon avrodan 75 milyon avroya yüksəlib.

Metbuat.az xəbər verir ki, Kənan Yıldız bazar dəyəri ilə Türkiyə futbolu tarixinin ən dəyərli oyunçusu olub. Kənan Yıldızı keçən həftə bazar dəyərini 15 milyon avro artıraraq 60 milyon avroya çıxaran "Real Madrid"in ulduzu Arda Gülər izləyir.

"Yuventus" ilə 2023-cü ildə müqavilə imzalayan və o dövrdə 1 milyon avro dəyərində olan milli futbolçu, keçən iki ildə dəyərini 75 milyon avroya qədər artırmağı bacarıb. "Çelsi" və "Arsenal"ın yaxından təqib etdiyi Kənan Yıldız bu mövsüm "Yuventus"da 8 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Türkiyə futbol tarixinin ən dəyərli oyunçuları (Transfermarkt)

Read original article →