Wednesday, October 8, 2025
Technology

"Yaxın Şərqdə razılaşmaya çox yaxınıq​" -

"Yaxın Şərqdə razılaşmaya çox yaxınıq, sülhə nail olmaq üçün bir imkan olduğunu düşünürəm". Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Qəzzada davam edən danışıqlarla bağlı jurnalistlərə açıqlama verərkən deyib. Tramp razılaşma əldə edildikdən sonra hər kəsin razılaşmaya sadiq qalması üçün əllərindən gələni edəcəklərini bildirib. Qeyd edək ki, Qəzza danışıqları üçün İsrail və Fələstin heyətləri Misirdə bir araya gəlmişdi. Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalının da danışıqlara qatılacağı bildirilmişdi. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı planını açıqlamış, Həmas da planı prinsipial olaraq qəbul etdiklərini və müvafiq məsələlərdə danışıqlara hazır olduğunu bildirmişdi.

"Yaxın Şərqdə razılaşmaya çox yaxınıq​" -

"Yaxın Şərqdə razılaşmaya çox yaxınıq, sülhə nail olmaq üçün bir imkan olduğunu düşünürəm".

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Qəzzada davam edən danışıqlarla bağlı jurnalistlərə açıqlama verərkən deyib. Tramp razılaşma əldə edildikdən sonra hər kəsin razılaşmaya sadiq qalması üçün əllərindən gələni edəcəklərini bildirib.

Qeyd edək ki, Qəzza danışıqları üçün İsrail və Fələstin heyətləri Misirdə bir araya gəlmişdi. Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalının da danışıqlara qatılacağı bildirilmişdi. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı planını açıqlamış, Həmas da planı prinsipial olaraq qəbul etdiklərini və müvafiq məsələlərdə danışıqlara hazır olduğunu bildirmişdi.

Read original article →

Related Articles