Tuesday, October 28, 2025

Articles by Anar T

3 articles found

Pulun sevdiyi 3 bürc -

Pulun sevdiyi 3 bürc -

Astroloqların araşdırmalarına görə, bəzi bürclər digər bürclərə nisbətən daha çox maddi uğur qazanmaqda üstünlük göstərir. Bu fərqlilik əsasən onların işgüzarlığı, riskə getmə qabiliyyəti və maliyyə idarəetmə bacarıqları ilə izah olunur. Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, araşdırmalara görə, Oğlaq, Qız və Qoç bürcləri ən yüksək gəlir əldə edənlər sırasında yer alır. Oğlaqlar planlı və məqsədyönlü olmaları ilə tanınır, Qızlar detallara diqqət yetirərək düzgün qərarlar verə bilir, Qoçlar isə risklərdən qorxmadan yeni imkanlara yönəlir. Mütəxəssislər vurğulayır ki, bürcün maddi uğura təsiri olsa da, şəxsi bacarıqlar, təhsil və əməkdaşlıq da böyük rol oynayır. Bürcünüz nə olursa olsun, məqsədyönlü və diqqətli olmaq gəlirinizi artırmaq üçün əsas şərtdir.

Hökumətdən böyük güzəşt -

Hökumətdən böyük güzəşt -

2006-ci ildə, 1 dollar 78 qəpik olan zamanlarda sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-yə cəlb olunmayan limit 200 min manat təsdiq edildi. 2015-ci ildə hökumət 3 pilləli devalvasiyaya getdi, manat 2 dəfədən çox dəyər itirdi, amma bu limit yenə 200 min manat olaraq aldı. Metbuat.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, çox böyük ehtimalla 2026-cı ilin əvvəlindən ƏDV-yə cəlb olunmayan dövriyyə 2 dəfə artırılaraq, 400 min manat olacaq. N.Cəfərli təklif edib ki, 400 min də azdır və bu rəqəm mütləq 1 milyona qaldırılmalıdır: “Ölkə iqtisadiyyatında dərin böhran izləri var, ÜDM artmır, iqtisadi aktivlik zəifdir, buna görə də əsas diqqəti kiçik sahibkarlığa yönəltmək lazımdır. Dövriyyədən cəmi 5% vergi olsun, amma ƏDV-yə düşməyən dövriyyə həddini 1 mln. manata qaldırın. Ölkə, biznes, sahibkarlar, hətta büdcə də bu addımdan ancaq udacaq”.

Türkiyə futbolunu çalxalayan iddia

Türkiyə futbolunu çalxalayan iddia

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu türk hakimləri barədə qalmaqallı açıqlama verib. Metbuat.az xəbər verir ki, o, hakimlərin futbol matçları ilə bağlı mərc etdiyini açıqlayıb. Onun sözlərinə görə, Peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc hesabı var. Onlardan 152-si intensiv şəkildə mərc edir. Hacıosmanoğlu, “Yeddi yüksək səviyyəli hakim, 15 yüksək səviyyəli köməkçi hakim, 36 yüksək səviyyəli hakim və 94 yüksək səviyyəli köməkçi hakim! Onların arasında 10 hakim 10000-dən çox mərc qoyub, təkbaşına bir hakim 18227 mərc edib, 42 hakim fərdi olaraq 1000-dən çox futbol matçına mərc qoyub və bəzi hakimlər isə yalnız bir matç oynayıblar. Tədqiqatları FIFA və UEFA ilə paylaşdıq. Təlimatlara baxmayaraq, hakim həmkarlarımız hesablar açıb öz adlarına mərc qoyublar”, - deyə bildirib.