Influencer Azerbaijan

Content Creator (Intern Paid)

Posted: 1 minutes ago

Job Description

Komandamıza sosial media sahəsində kreativ və dinamik kontent yaradıcısı axtarırıq. Əgər siz trendləri izləməyi sevən, yeni ideyalar irəli sürə bilən və müştəri yönümlü birisinizsə, sizi komandamıza dəvət edirik.Biz kimik? 🔎Influencer Azerbaijan olaraq 2022'ci ildən brendlərin hədəflərinə çatması üçün əsas influenser marketinq olmaq üzrə 360º fəaliyyət göstəririk. Bu müddət ərzində həm yerli, həm də beynəlxalq markalarla uğurlu əməkdaşlıqlar qurmuşuq, müxtəlif kampaniyalar və layihələr həyata keçirmişik.Brendlərə təklif etdiyimiz xidmətlər arasında influenser seçimi, kampaniya strategiyasının hazırlanması, sosial media və məzmun idarəsi və s. yer alır.Vəzifə və tələblər:Sosial media trend və yeniliklərini izləyib kreativ şəkildə kontentə inteqrasiya etmək.Trend mövzular əsasında yeni ssenarilər hazırlamaq və ya sıfırdan trend yaratmaq.Mövcud ssenarilərdə düzəlişlər edib onları daha cəlbedici hala gətirmək.Kontent planı hazırlayıb plana uyğun işləmək.Yeni ideyalar və təkliflər irəli sürmək.Müştərilərlə nəzakətli, ehtiyatlı və peşəkar ünsiyyət qurmaq.Templi iş rejiminə uyğun, operativ və çevik işləmək.Canva və CapCut proqramlarında işləmək bacarığı.İngilis dili biliyi arzuolunandır.Bizim təqdim etdiklərimiz:Real layihələrdə praktiki təcrübə qazanmaq imkanı.Yerli və beynəlxalq brendlərlə əməkdaşlıq şansı.Kreativ yanaşma bacarıqlarını inkişaf etdirmək üçün sərbəst və dəstək verən mühit.Uğurlu performans halında daimi iş imkanı.Müştərilərlə birbaşa kommunikasiya və professional inkişaf fürsətləri.Təcrübəçi ilə şirkət arasında ödənişli əsaslarla, əmək qanunvericiliyinə uyğun müqavilə bağlanır, nahar və yol xərci üçün 150 AZN təmin edilir. Təcrübə başa çatdıqdan sonra yüksək nəticə göstərən iştirakçılara daimi iş imkanı fürsəti verilir. Proqram həftəiçi 5 gün, saat 10:00 – 17:00 aralığında ofisdə keçirilir.Müraciət etmək üçün linkə daxil olub, məlumatları doldura bilərsiniz:  https://forms.gle/JmG5LVXLb4HJDTKU8

Job Application Tips

  • Tailor your resume to highlight relevant experience for this position
  • Write a compelling cover letter that addresses the specific requirements
  • Research the company culture and values before applying
  • Prepare examples of your work that demonstrate your skills
  • Follow up on your application after a reasonable time period

You May Also Be Interested In