Kapital Bank Life

Fraud hallarının idarə edilməsi şöbəsinin aparıcı/baş mütəxəssisi

Posted: 4 days ago

Job Description

Ümumi məlumatBankımız fraud risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz qərarların qəbulunda, indikatorların müəyyən edilməsi və onların mütəmadi yenilənməsində komanda işinə dəstək göstərə biləcək peşəkar namizədləri komandamıza dəvət edir.Öhdəliklər Bankın bütün kampaniya və stimullaşdırıcı tədbirlərində (lotereya, müsabiqə və s.) fraud risklərinin təhlili, rəy və təkliflərin verilməsi; Yeni və mövcud bank məhsulları, xidmətləri, layihələri üzrə fraud risklərinin qiymətləndirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması; Fraud idarəetməsinə dair daxili normativ sənədlərin yoxlanması, təkmilləşdirilməsi və yeni layihələrə rəy verilməsi; Yerli və beynəlxalq fraud tendensiyalarının izlənilməsi, qabaqcıl təcrübələrin tətbiqi ilə bağlı təkliflərin hazırlanması; Fraud aşkarlanması üçün indikator, davranış ssenariləri və skorinq modellərinin təhlili və inkişaf etdirilməsi; Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi; Fraud hallarının araşdırılması, səbəblərin təhlili və aradan qaldırılması üçün tədbirlər planının hazırlanması; Fraud risklərinin idarə edilməsi siyasətinin icrasına nəzarət və bu sahədə “dözümsüzlük mədəniyyətinin” təşviqi; İşçi heyət üçün fraud risklərinə dair təlimlərin təşkili və bankdaxili kommunikasiyanın aparılması; Risk idarəetməsi, daxili audit və digər müdafiə xətləri ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi.TələblərAli təhsilə (maliyyə, iqtisadiyyat, biznes idarəetməsi, hüquq və ya oxşar sahələrdə);Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsinə;Milli qanunvericilik və tənzimləyici tələblər üzrə biliklər və onlarla praktiki işləmə bacarığına;Basel prinsipləri və beynəlxalq risk idarəetmə yanaşmaları üzrə biliklərə;Fraud, risk və audit üzrə beynəlxalq sertifikatlara (CFE, CIA, CRMA və s.);Araşdırma bacarığına;Bankçılıq və ya fintech sahəsində əlavə təcrübəyə sahib olmaq.

Job Application Tips

  • Tailor your resume to highlight relevant experience for this position
  • Write a compelling cover letter that addresses the specific requirements
  • Research the company culture and values before applying
  • Prepare examples of your work that demonstrate your skills
  • Follow up on your application after a reasonable time period

You May Also Be Interested In