Daxili Auditor (Maliyyə və Sənədləşmə prosesləri üzrə)
Posted: Oct 13, 2025
Job Description
Şirkət: Sabah Investment Group Yer: Bakı şəhəri İş rejimi: Tam ştat (həftə içi 5 gün)Əsas vəzifə öhdəlikləri:· Şirkətlər qrupunun maliyyə əməliyyatları, hesabat dövriyyəsi və sənədləşmə axınlarının auditini həyata keçirmək;· Mühasibat sənədlərinin, ödəniş tapşırıqlarının, müqavilələrin və təchizat sənədlərinin qanunvericiliyə və daxili prosedurlara uyğunluğunu yoxlamaq;· Əməkdaşların maliyyə və sənədləşmə intizamına əməl etməsini qiymətləndirmək və riskli halları müəyyənləşdirmək;· Satınalma, ödəniş, müqavilə və avans dövriyyəsi üzrə nəzarət mexanizmlərini təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;· Audit nəticələri üzrə rəy və tövsiyələr hazırlamaq, rəhbərliyə hesabat təqdim etmək;· Uyğunsuzluqlar aşkar edildikdə, Non-Conformance Report (NCR) və Corrective Action Plan (CAP) tərtib etmək və icrasını izləmək;· Daxili nəzarət sisteminin inkişafı və risklərin azaldılması məqsədilə daxili audit siyasəti və prosedurların formalaşmasında iştirak etmək.Namizədə tələblər:· Maliyyə, Mühasibatlıq, Audit və ya İqtisadiyyat sahəsində ali təhsil;· Audit, daxili nəzarət və ya maliyyə təhlili sahəsində minimum 3 illik iş təcrübəsi;· Maliyyə və sənədləşmə axınlarını dərindən anlama bacarığı;· Mühasibat uçotu və audit standartları (IFRS, ISA) üzrə biliklər;· 1C, Excel və digər maliyyə proqramları ilə işləmək bacarığı;· Güclü analitik düşüncə, detallara diqqət və konfidensial məlumatlarla işləmək bacarığı;· Hesabatlılıq, obyektivlik və peşə etikası prinsiplərinə sadiqlik.Üstünlük sayılacaq hallar:· Tikinti və investisiya sektorunda audit təcrübəsinin olması;· İSO 9001 / 37001 və ya daxili nəzarət sistemləri üzrə biliklər;· ACCA, CIA və ya digər beynəlxalq sertifikatlara malik olmaq.Təklif etdiyimiz şərait:· Rəsmi əmək müqaviləsi və stabil əmək haqqı;· Peşəkar və şəffaf iş mühiti;· Daxili inkişaf və təlim imkanları;· Şirkətlər qrupunda karyera artımı perspektivi.Vakansiyaya müraciət etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:https://hr.sabahinvest.az/cv-bank?positionId=cmgov5pja007ptn9cjwex99m2
Job Application Tips
- Tailor your resume to highlight relevant experience for this position
- Write a compelling cover letter that addresses the specific requirements
- Research the company culture and values before applying
- Prepare examples of your work that demonstrate your skills
- Follow up on your application after a reasonable time period