İşəgötürən: “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs Vəzifə: Biomedikal mühəndis Vəzifə Öhdəlikləri:
Müəssisədəki tibbi avadanlıqların quraşdırılması, sazlanması və texniki baxış işlərini yerinə yetirmək Tibbi avadanlıqlarda yaranan texniki nasazlıqları diaqnostika etmək və təmir prosesini icra etmək və ya əlaqədar qurumlara yönləndirmək Preventiv texniki xidmət (PTX) planlarına uyğun olaraq tibbi avadanlıqlara vaxtaşırı texniki qulluq göstərmək və nəticələri sənədləşdirmək Yeni alınan tibbi avadanlıqların ilkin yoxlamasını aparmaq, istifadə qaydalarını öyrənmək və istifadəçilərə ilkin texniki dəstək göstərmək Servis şirkətləri və tədarükçülərlə texniki məsələlər üzrə gündəlik əlaqə yaratmaq və zəmanət çərçivəsində işlərin icrasını izləmək Avadanlıqların texniki sənədlərinin (istismar təlimatları, sertifikatlar, texniki pasportlar və s.
) qeydiyyat və arxivləşdirilməsində iştirak etmək Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına uyğun olaraq avadanlıqların təhlükəsiz istismarını təmin etmək Mövcud texnologiyaların işləmə vəziyyətini qiymətləndirmək və texniki təkmilləşdirmə ilə bağlı şöbə rəhbərinə təkliflər vermək Audit və yoxlamalar zamanı avadanlıqların texniki vəziyyətinə dair tələb olunan məlumatları təqdim etmək və dəstək göstərmək Əməkdaşlarla birgə işləyərək biotibbi avadanlıqların fasiləsiz işləməsini təmin etmək və xidmət proseslərini optimallaşdırmaq Gündəlik və aylıq iş hesabatlarını şöbə müdirinə təqdim etmək Namizədə Tələblər:
Ali texniki təhsil (Biotibbi mühəndislik, Elektronika, Elektrik mühəndisliyi və ya əlaqəli sahələr üzrə) Müvafiq texniki sahədə ən az 2 il iş təcrübəsi Tibbi cihazların istismarı, texniki diaqnostikası üzrə biliklər Preventiv texniki xidmət sistemlərini planlama və sənədləşdirmə bacarığı Texniki standartlar və təhlükəsizlik tələbləri üzrə məlumatlılıq Komanda ilə işləmə, problem həll etmə və yüksək ünsiyyət bacarıqları Tibbi avadanlıqların (monitorlar, defibrilyatorlar, ventilyatorlar, lab avadanlıqları və s.
) quruluşu, işləmə prinsipi və texniki qulluq prosedurları barədə biliklər Xəstəxana və ya tibbi avadanlıq təchizatı sahəsində təcrübəyə üstünlük verilir Əlavə Məlumat: İş yeri: Xankəndi, Qarabağ İş qrafiki: 5 günlük Əməkhaqqı: Rəqabətə davamlı və peşəkar təcrübəyə uyğun təklif olunur Müraciət Qaydası: Maraqlanan şəxslər 20 avqust 2025-ci il tarixinədək kufmhs@karabakh. edu. az elektron poçt ünvanına “Biomedikal mühəndis” başlığı ilə CV göndərməlidirlər. Qeyd:
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Customize your resume to highlight skills and experiences relevant to this specific position.
Learn about the company's mission, values, products, and recent news before your interview.
Ensure your LinkedIn profile is complete, professional, and matches your resume information.
Prepare thoughtful questions to ask about team dynamics, growth opportunities, and company culture.