Kapital Bank Life

Maliyyə təhlili və idarəetmə hesabatlığı şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

Posted: 5 hours ago

Job Description

Ümumi məlumatBirbank-ın strateji qərarların qəbulunda əsas rol oynayan Maliyyə təhlili və idarəetmə hesabatlığı şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis axtarırıq. Bu rol Bankın maliyyə nəticələrinin dərin təhlili, idarəetmə hesabatlarının hazırlanması, beynəlxalq hesabat standartlarına uyğun maliyyə hesabatlarının tərtibi və biznes bölmələrinə əsaslandırılmış tövsiyələrin verilməsini əhatə edir. Sizdən gözləntilərimiz yalnız rəqəmləri hesablamaq deyil, həm də onların arxasındakı məntiqi anlamaq, maliyyə performansını ölçərək rəhbərliyə strateji baxış bucağı təqdim etməkdir. Bu vəzifədə həm gündəlik hesabatların hazırlanması, həm də uzunmüddətli maliyyə proqnozlarının qurulmasında iştirak edəcəksiniz. Biz elə bir həmkar axtarırıq ki, analitik bacarıqları ilə yanaşı, biznesin müxtəlif istiqamətləri ilə sıx əməkdaşlıq qura bilsin. Çünki məqsədimiz yalnız hesabatlılıq deyil, həm də idarəetmə qərarlarının keyfiyyətini artırmaqdır.ÖhdəliklərBankın MHBS (IFRS) hesabatların hazırlanmasında iştirak edilməsi;Kənar auditorlarla koordinasiya və məlumatların təqdim olunmasında iştirak edilməsi;Maliyyə və reytinq institutlarından daxil olan sorğuların cavablandırılması;Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.TələblərAli təhsil (maliyyə, mühasibat və iqtisadi sahədə təhsil üstünlükdür);Müvafiq sahə üzrə 2-5 il iş təcrübəsinə malik olmaq;ACCA, CFA maliyyə sertifikatlarına sahib olmaq (arzuolunandır);Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;Kompüter biliyi: yüksək səviyyədə MS Office biliklərinə sahib olmaq;SQL biliklərinə sahib olmaq (arzuolunandır);Ünsiyyət və komandada işləmək bacarığına malik olmaq;Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyətinə malik olmaq.

Job Application Tips

  • Tailor your resume to highlight relevant experience for this position
  • Write a compelling cover letter that addresses the specific requirements
  • Research the company culture and values before applying
  • Prepare examples of your work that demonstrate your skills
  • Follow up on your application after a reasonable time period

You May Also Be Interested In