"MAN-G DESIGN AND CONSTRUCTION" MMC təcrübəsinə təcrübə qatacaq Sahə rəisi axtarışındadır!İşin təsviri: Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir. Buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirir.
Briqadanın formalaşmasını (onların say, peşə və ixtisas tərkibini) yerinə yetirir və onların fəaliyyətini əlaqələndirir. Fəhlələrin bilavasitə iş yerlərində təlimatlandırılması və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlərin aparır.
İşçilərin görüləcək işlərin həcminə görə sahələr üzrə düzgün iş bölgüsünün aparılması, təbii şəraiti nəzərə almaqla işin sürətinə görə tamamlama vaxtının müəyyən edir. Sahəyə təhkim olunmuş avadanlıqlara texniki xidmətin göstərilməsinə, cari təmirinin aparılmasına və daima işlək vəziyyətində olmasına nəzarət edir.
Tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınması istiqamətində müəyyən işlərin görülməsi. Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar və alətlərin əldə edilməsi üçün sifarişlərin hazırlanması və onlardan səmərəli istifadə edilməsinə nəzarət edir. Sifarişçilərə tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı- ayrı hissələrin təhvil verilməsində iştirak edir. Tələblər:
Ali təhsil (Memarlıq və İnşaat Universiteti);Müvafiq sahədə 3 ildən yuxarı təcrübə;Güclü kommunukasiya və kordinasiya qabiliyyəti;Azərbaycan dili yaxşı, İngilis dili üstünlükdür;İş qrafiki 6 günlükdür;Sahənizə uyğun bütün təlim xərcləriniz müəssisə tərəfindən tam qarşılanır;Maraqlanan namizədlər CV-lərini info@man-g. az mail ünvanına göndərə bilərlər. Gəlin komanda yoldaşı olaq!
Customize your resume to highlight skills and experiences relevant to this specific position.
Learn about the company's mission, values, products, and recent news before your interview.
Ensure your LinkedIn profile is complete, professional, and matches your resume information.
Prepare thoughtful questions to ask about team dynamics, growth opportunities, and company culture.