Mənzil Satışı üzrə Konsultant – Ganja Park Residence, Gəncə şəhəri SDA Consulting komandası Gəncənin ən nüfuzlu və unikal layihələrindən biri olan Ganja Park Residence üçün Satış Konsultantı axtarır. Bu, gənc, enerjili və iddialı namizədlər üçün daşınmaz əmlakın satışı sahəsində inkişaf etmək və bölgənin ən prestijli layihəsində iştirak etmək üçün əla fürsətdir.
Əsas vəzifələr· Müştəri müraciətlərinin (zənglər, sorğular, görüşlər) qəbul və cavablandırılması· Kompleksin və mənzillərin təqdimatı· Müştərinin ehtiyaclarına uyğun ən yaxşı variantların seçilməsi· Müştərilər üçün satış təkliflərinin hazırlanması və danışıqların aparılması· Müştərinin alqı-satqı müqaviləsinə qədər müşayiəti· CRM sistemində bütün məlumatların qeydiyyatı və izlənməsi· Rezervasiya müqavilələrinin hazırlanması və ödənişlərə nəzarəti· Rəhbərliyə mütəmadi hesabatların təqdim olunması· Marketinq və tanıtım tədbirlərində iştirak· Müştəri rəylərinin toplanması və rəqiblərin təhlili Tələblər· Satışda uğur qazanmaq və inkişaf etmək istəyi· Ünsiyyət qurma bacarığı və müştəri yönümlü yanaşma· Məsuliyyət və diqqətlilik· Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dili üstünlükdür)Satış təcrübəsi arzuolunandır, lakin məcburi deyil – təlimlər veriləcək.
Biz təklif edirik· Əmək haqqı: 600 AZN (NET)· KPI əsaslı bonus sistemi· Peşəkar inkişaf imkanları· Gəncənin ən möhtəşəm layihələrindən birində çalışmaq imkanı Əgər siz gənc və enerjilisinizsə – komandamıza qoşulmaq üçün müraciət edin!SDA Consulting ilə birlikdə Ganja Park Residence layihəsinin uğur hekayəsinin bir hissəsi olun.
Customize your resume to highlight skills and experiences relevant to this specific position.
Learn about the company's mission, values, products, and recent news before your interview.
Ensure your LinkedIn profile is complete, professional, and matches your resume information.
Prepare thoughtful questions to ask about team dynamics, growth opportunities, and company culture.