Technology

Apteklərdə təzyiq ölçməyə icazə yoxdur? -

Apteklərdə vətəndaşların təzyiq ölçdürməsi əvvəllər əlçatan xidmət idi. Lakin son zamanlar bir çox apteklər bunu nəinki müəyyən ödəniş qarşılığında, ümumiyyətlə həyata keçirmir. Halbuki təcili yardım gözlənilən vaxtda vətəndaşın ən yaxın aptekə müraciət edib təzyiqini ölçdürməsi həyati önəm daşıya bilər. Bəs bu xidmətin dayandırılmasına səbəb nədir? Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən...

Apteklərdə təzyiq ölçməyə icazə yoxdur? -

Apteklərdə vətəndaşların təzyiq ölçdürməsi əvvəllər əlçatan xidmət idi. Lakin son zamanlar bir çox apteklər bunu nəinki müəyyən ödəniş qarşılığında, ümumiyyətlə həyata keçirmir. Halbuki təcili yardım gözlənilən vaxtda vətəndaşın ən yaxın aptekə müraciət edib təzyiqini ölçdürməsi həyati önəm daşıya bilər. Bəs bu xidmətin dayandırılmasına səbəb nədir?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Qanununa görə, aptek təşkilatlarında xəstə qəbul etmək qadağandır. Yalnız həyat üçün təhlükəli olan hallarda aptek təşkilatlarına gətirilən şəxslərə ilk tibbi yardım göstərilə bilər:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11.01.2018-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın tələblərinə görə isə “Xəstəliklərin profilaktikasının təbliğatına və erkən simptomların aşkarlanmasına istiqamətlənmiş tədbirlərin keçirilməsi məqsədi ilə aptek müəssisəsi diaqnostik test üsullarından (qanda şəkərin miqdarı, bədən hərarətinin, arterial təzyiqin, boyun və çəkinin ölçülməsi) istifadə edə bilər.Yəni, Səhiyyə Nazirliyi tərəfindən təzyiq ölçməyə heç bir qadağa yoxdur”.

Mərkəzin məlumatında vətəndaşlara tövsiyə edilib ki, aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat verə bilərlər:

• “Bir pəncərə” sektoru

• Qaynar xətt: (012) 596 07 12

• Elektron poçt: [email protected]

• Veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi)

“Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”, - deyə açıqlamada qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Related Articles