Technology

Serenay qazandığı milyonları belə xərcləyir

Hər geyimi trend olan türkiyəli məşhur aktrisa və model Serenay Sarıkaya qazandığı milyonlar sayəsində yerli medianın gündəmindən düşmür. Metbuat.az xəbər verir ki, aktrisa keçən ay 32 milyon türk lirəsi qonorar müqabilində bir kosmetika markası ilə müqaviləsini yeniləyib. Sarıkaya bu dəfə dünyaca məşhur gözəllik markası ilə sövdələşmək üzrədir. Tezliklə imzalanacaq müqavilə...

Serenay qazandığı milyonları belə xərcləyir

Hər geyimi trend olan türkiyəli məşhur aktrisa və model Serenay Sarıkaya qazandığı milyonlar sayəsində yerli medianın gündəmindən düşmür.

Metbuat.az xəbər verir ki, aktrisa keçən ay 32 milyon türk lirəsi qonorar müqabilində bir kosmetika markası ilə müqaviləsini yeniləyib. Sarıkaya bu dəfə dünyaca məşhur gözəllik markası ilə sövdələşmək üzrədir. Tezliklə imzalanacaq müqavilə çərçivəsində Sarıkaya bir il müddətində reklam çarxları və xüsusi fotosessiyalar çəkəcək.

Bu arada Serenay qazancını daşınmaz əmlaka yatırır. Onun İda dağının ətəyində villası və İstanbulda bir neçə mənzilinin olduğu bildirilir.

O, pulunun səmərəli idarə edilməsinə kömək etmək üçün mütəmadi olaraq iqtisadçılarla məsləhətləşir.

Sarıkaya Türkiyənin ən çox qazanan aktrisaları arasındadır.

Related Articles